• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir

“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir
15.08.2024 15:40
"Azercell Könüllüləri” xeyriyyə təşkilatı sosial məsuliyyət öhdəliklərinə və xeyriyyə ənənələrinə sadiq qalaraq 2024-cü ilin ilk yarısında müxtəlif aksiyalar təşkil edib. 

İkinci Qarabağ müharibəsi şəhidlərinin həyat yoldaşlarına müasir əmək bazarının tələblərinə uyğun biliklərin aşılanması məqsədilə "Azercell Könüllüləri”nin təşəbbüsü və dəstəyilə onlar üçün xüsusi İKT yönümlü təlimlər təşkil edilib. STEP Kompüter Akademiyası ilə əməkdaşlıqda baş tutan təlimlərdə 20 qadına "SMM Design və "Python Fundamentals” üzrə dərslər keçirilib. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunublar. Təlimlərə cəlb olunmuş namizədlərin siyahısı Zəfər İB tərəfindən təqdim edilib. 

Könüllülərin təşkilatçılığı ilə 2024-cü ilin may ayında talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. İki gün davam edən aksiya Mərkəzi Qan Bankının peşəkar tibbi heyəti tərəfindən icra olunub və toplanan qan ehtiyatları Respublika Talassemiya Mərkəzinə yönləndirilib. 

İl ərzində Könüllər Bakı və bölgələrdə yaşayan bir sıra aztəminatlı ailəyə dəstək göstəriblər.  Həmçinin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ramanı qəsəbəsində yerləşən "Nur" uşaq evinə və Əhmədli qəsəbəsində yerləşən "SOS Uşaq Kəndi"nə səfərlər təşkil olunub. 

Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət bu xeyriyyə təşkilatı 2004-cü ildən etibarən fəaliyyət göstərir və bu günədək minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək verib.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol