• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bu yubkanızı gecə klubuna geyinin - Müəllim paylaşımına görə tənqid olundu

Bu yubkanızı gecə klubuna geyinin - Müəllim paylaşımına görə tənqid olundu
24.09.2024 10:09
Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Qasımova təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib. 

Pedaqoq şəklin üzərinə "Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb. 

Bundan sonra müəllim sosial şəbəkələrdə tənqid olunub. 

Oxu.az mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovaya müraciət edib. G. Aslanova bildirib ki, məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb.
 
"Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:47
Sabah bu ərazilərdə qaz olmayacaq
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Cəmiyyət 21:27
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
Cəmiyyət 21:24
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək
Cəmiyyət 20:30
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Cəmiyyət 18:36
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
Cəmiyyət 18:13
Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
AZAL Bakı-Astana reyslərinin sayını artırır
Cəmiyyət 17:51
AZAL Bakı-Astana reyslərinin sayını artırır
Müəllimlərin vakansiya seçiminin nəticələri elan olunub
Cəmiyyət 17:49
Müəllimlərin vakansiya seçiminin nəticələri elan olunub
Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol