• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
25.01.2025 13:09
2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir. Bu narədə Müdafiə Nazirliyindən bildirilib.
 
Plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.

Məşğələlər tibb hazırlığı üzrə şəxsi heyətin maarifləndirilməsi və fəaliyyətlər zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi üçün praktiki məşqlərin yerinə yetirilməsi ilə davam edib.

Təlimə cəlb olunan heyətlə atəş hazırlığı məşğələləri keçirilərək, onlara atıcı silahların və əl qumbaraatanlarının taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və praktiki atış çalışmaları icra edilib.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılanların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi sayəsində döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə qədər Qarabağ dirçəliş Fonduna 16 mindən çox ianə edilib
Cəmiyyət 11:40
Bu günə qədər Qarabağ dirçəliş Fonduna 16 mindən çox ianə edilib
Ruben Vardaryanıncinayət işi üzrə məhkəmə baxışı keçirilir
Cəmiyyət 11:12
Ruben Vardaryanıncinayət işi üzrə məhkəmə baxışı keçirilir
Bakının 2 rayonunda müvəqqəti qaz olmayacaq
Cəmiyyət 09:41
Bakının 2 rayonunda müvəqqəti qaz olmayacaq
Avro və rubl bahalaşıb - Məzənnə
Cəmiyyət 09:32
Avro və rubl bahalaşıb - Məzənnə
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Cəmiyyət 21:04
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:44
Bu ərazilərdə qaz olmayacaq
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 20:30
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol