• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir

İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
12.02.2025 20:34

ABŞ İsraili İrana qarşı hərbi təcavüzə təhrik edir. Bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pəzeşkiyan bəyan edib.

"ABŞ prezidenti bildirib ki, İranın raketləri və [nüvə] silahı olmamalıdır. Onlar sionist rejimin İrana hücum etməsini istəyirlər – eynilə Qəzza zolağında olduğu kimi – və biz bu [hücuma] qarşı səssiz qalaq”, – TASS Pəzeşkiyanın sözlərini sitat gətirib.

"Amerika İranı bütün imkanlardan məhrum etməyə çalışır, başqalarına onunla danışıqlar aparmağı qadağan edir, lakin sonra özü danışıqlara hazır olduğunu bəyan edir. Düşmənlər İranda ixtilaf yaratmağa və ölkədə sabitliyi pozmağa çalışırlar", – deyə İran prezidenti vurğulayıb.

Fevralın 4-də Donald Tramp ABŞ-ın İrana qarşı “maksimal təzyiq” siyasətini bərpa etmək haqqında fərman imzalayıb. Bu fərman, xüsusilə, Vaşinqtonun İran neftinin ixracını məhdudlaşdırmaq səylərini artırmasını nəzərdə tutur.

Eyni zamanda, Tramp Pəzeşkiyanla görüşə açıq olduğunu bildirib və Tehranla “əla bir razılaşma” bağlamaq istədiyini deyib. Fevralın 10-da isə o, İranın nüvə silahı əldə etməsinin yalnız iki yolla – “bombalarla” və ya razılaşma imzalamaqla dayandırıla biləcəyini bəyan edib. Tramp İranla razılaşma əldə etmək istədiyini, lakin bunun üçün “bombardmana” əl atmaq istəmədiyini əlavə edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol