Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək
![Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək](https://anews.az/photo/850x500/2025/02/12/1739362484_1725364611_kelbce-1068x600.jpg)
Kəlbəcərin Zar kəndində 547 fərdi yaşayış evinin tikilməsinə 138.5 milyon manat vəsait xərclənəcək. Bu barədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir.
Ümumilikdə Kəlbəcərin Zar kəndində 855 ailənin köçürülməsi nəzərdə tutulub.
Zarda sosial obyektlərin, mühəhdis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işlərinin görülməsi də planlaşdırılır.
Bundan əvvəl Kələbəcərə səfər edən ölkə başçısı İlham Əliyev 524 nəfər üçün nəzərdə tutulan yaşayış kompleksi ilə tanış olub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.
Kəlbəcər 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)