• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək

Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək
12.02.2025 16:02

Kəlbəcərin Zar kəndində 547 fərdi yaşayış evinin tikilməsinə 138.5 milyon manat  vəsait xərclənəcək. Bu barədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir. 

Ümumilikdə Kəlbəcərin Zar kəndində 855 ailənin köçürülməsi nəzərdə tutulub. 

 Zarda sosial obyektlərin, mühəhdis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işlərinin görülməsi də planlaşdırılır. 

Bundan əvvəl Kələbəcərə səfər edən ölkə başçısı İlham Əliyev 524 nəfər üçün nəzərdə tutulan yaşayış kompleksi ilə tanış olub.  

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.
 
Kəlbəcər 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.

Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
 
Gülnar Nazimqızı 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Elnur Bağırova yüksək vəzifə verilib
Cəmiyyət 18:28
Elnur Bağırova yüksək vəzifə verilib
Əfv Komissiyasının iclası keçirildi
Cəmiyyət 18:24
Əfv Komissiyasının iclası keçirildi
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Cəmiyyət 18:07
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Cəmiyyət 17:36
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Cəmiyyət 17:33
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
“Azərpoçt”un adından dələduzluq halları var
Cəmiyyət 17:16
“Azərpoçt”un adından dələduzluq halları var
Polisə dəstək olan mülki şəxslərin xüsusi geyim formaları olacaq
Cəmiyyət 17:02
Polisə dəstək olan mülki şəxslərin xüsusi geyim formaları olacaq
Sabah İmişlidə qaz olmayacaq
Cəmiyyət 16:52
Sabah İmişlidə qaz olmayacaq
Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək
Cəmiyyət 16:02
Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol