Azərbaycanda ötən il terror xarakterli cinayətlərin sayı 31-ə çatıb - Rəsmi

2024-cü ildə Azərbaycanda 31 terror xarakterli cinayət qeydə alınıb ki, bu da ötən illə müqayisədə 14 cinayət çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi Daxil İşlər Nazirliyinə istinadən anews.az-ın sorğusuna cavab olaraq bildirib.
Belə ki, 2023-cü ildə bu tip cinayətlərin sayı 17 olub.
Ötən il ölkə ərazisində 33.379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17.155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1086-sı prokurorluq orqanlarında isintaq edilib.
Aytac Zeynalova