• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Xocalı, Xankəndi, Şuşa və Sus kəndində ilk dəfə buraxılış imtahanı keçiriləcək

Xocalı, Xankəndi, Şuşa və Sus kəndində ilk dəfə buraxılış imtahanı keçiriləcək
28.02.2025 12:22

Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktəblərdə, Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bundan əlavə, Laçın rayonu 2 N-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu məktəblərdə buraxılış imtahanları artıq ikinci dəfə təşkil edilir.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 7 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri cəlb olunub.

Ümumilikdə işğaldan azad olunmuş rayonlardakı imtahanlarda 45 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan binalarına DİM əməkdaşları tərəfindən əvvəlcədən baxış keçirilib və lazımı hazırlıqlar görülüb.

Martın 9-da isə Zəngilan rayon Ağalı kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adında 1 nömrəli tam orta məktəbdə və Cəbrayıl şəhər M.Mehdizadə adına şəhər tam orta məktəbində (bu məktəbdə ilk dəfədir) buraxılış imtahanı keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ETX fişinq cəhdlərlə bağlı vətəndaşları diqqətli olmağa çağırıb
Cəmiyyət 16:25
ETX fişinq cəhdlərlə bağlı vətəndaşları diqqətli olmağa çağırıb
Ramazanı “Bazarstore”la qarşılayın
Cəmiyyət 15:55
Ramazanı “Bazarstore”la qarşılayın
Qarabağda həm təhsil həm də çalışanların sayı çox olmalıdır - Deputat/Video
Cəmiyyət 15:38
Qarabağda həm təhsil həm də çalışanların sayı çox olmalıdır - Deputat/Video
7 şəhərdə 200 lift quraşdırılacaq- SƏRƏNCAM
Cəmiyyət 14:58
7 şəhərdə 200 lift quraşdırılacaq- SƏRƏNCAM
Fatimə Mövlamlı saxlanılıb
Cəmiyyət 14:47
Fatimə Mövlamlı saxlanılıb
Milli Məclisin növbəti plenar iclası martın 7-də keçiriləcək
Cəmiyyət 13:33
Milli Məclisin növbəti plenar iclası martın 7-də keçiriləcək
Azərbaycanda universitetlərdə oxuyan tələbələrin sayı peşə təhsilində oxuyanlardan çoxdur
Cəmiyyət 13:02
Azərbaycanda universitetlərdə oxuyan tələbələrin sayı peşə təhsilində oxuyanlardan çoxdur
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Cəmiyyət 12:58
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:55
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol