Qarabağda həm təhsil alanların, həm də çalışanların sayı çox olmalıdır - Deputat/Video

Qarabağa köçürülən 130 min əhalinin təxminən 80%-i hər hansı ixtisasa sahib deyil. Bu barədə Milli Məclisin deputatı Zahid Oruc Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə istinad edərək deyib.
"Nazirlik bəyan edir ki, Qarabağa köçürülməsi nəzərdə tutulan əhalinin 130 min nəfərinin 80%-ə qədəri hər hansı ixtisasa sahib deyillər. Nəzərə almaq lazımdır ki, bu kifayət qədər böyük rəqəmdir. Hər il 50%-dən yuxarı insanımız əmək bazarına heç bir ixtisasa sahib olmasan daxil olur. Bu əmək bazarının özündə müəyyən gərginlik yaradır. Dünyada elə bir ölkə yoxdur ki, orada insanlar 100% təhsil alsın. Həyatımızın bütün sferaları bunu tələb etmir. 130 min insanın 100 minə qədərinin bu və ya digər formada ixtisaslara sahib etməklə qaytarmış olsaq həm təhsil alanlar həm də çalışanlar çox olacaq", - deputat fevralın 28-də Milli Məclisdə "Peşə təhsili haqqında" qanuna münasibət bildirərkən deyib.
Zahid Oruc Sinqapuru nümunə göstərər qeyd edib ki, 70-ci ildən sonra bu ölkə peşə təhsilinə diqqət ayırıb inkişaf etdirdiyin üçün indi dünyada ÜDM-in inkişafına görə öndə gedən ölkələr sırasındadır.
İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 