Əziz Orucovun şikayəti ilə bağlı vəsatət təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsi "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun hökmlə bağlı verilən apellayasiya şikayəti ilə bağlı vəsatətini təmin etməyib.
Səbail Rayon Məhkəməsi "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun iki il azadlıqdan məhrumedilməsi ilə bağlı hökm verib.
Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
Gülnar