Keçmiş konsul evində ölü tapılıb

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində intihar edib. Bu barədə yerli mətbuat məlumat paylaşıb.
Bundan öncə Bakupost saytı bu gün onun evində meyiti tapıldığını yazıb.
Keçmiş diplomatın ölüm səbəbi hələlik bəlli deyil .
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Məsələ ilə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən bildirilib ki, səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat verilmir.