Cəlilabadda şadlıq evində baş verən yanğın söndürülüb - Yenilənib

Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində baş verən yanğın söndürülüb.
"Report"un məlumatına görə, hadisənin başvermə səbəbi hələ məlum deyil.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və 2 texnikası cəlb olunub.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
20:40
Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində yanğın başlayıb.
"Report"un məlumatına görə, hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 2 texnikası cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri görülür.
Faktla bağlı araşdırma aparılır.