Xocavənddə bu ilin sonuna qədər 1 552 ev təmir ediləcək – rəsmİ

2025-ci ilin sonunadək Xocavənd rayonunun müxtəlif kəndlərində 1 552 evin təmir edilərək keçmiş məcburi köçkün ailələrinə təhvil verilməsi planlaşdırılır. Bu barədə report Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynova istinadla yazıb.
Onun sözlərinə görə, hazırda Xocavənd rayonunun kəndlərində bərpa və yenidənqurma işləri aparılır.
“Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya və yol infrastrukturunun qurulması davam edir. Yaxın vaxtlarda Hadrutda inzibati binanın tikintisi, Tuğda isə yaşayış evlərinin bərpasına başlanacaq,” – xüsusi nümayəndə qeyd edib.
Aytac