Sumqayıtda 206 mənzil kirayə-satış mexanizmi ilə təqdim olunur

Sumqayıt şəhərində tam təmirli 206 mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim ediləcək. Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Mənzillər Sumqayıt şəhəri, Sülh prospekti, 3-cü məhəllədə yerləşən yeni yaşayış kompleksində yerləşir və 1, 2 və 3 otaqlı variantlardan ibarətdir. Aylıq ödənişlər 347,16 manatdan başlayır.
Mənzil seçimi 22 iyul 2025-ci il tarixində saat 15:00-dan etibarən Elektron Hökumət Portalına inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi (e-gov.az) üzərindən açıq olacaq.
Fonddan bildirilib ki, bu günə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində ümumilikdə 7 285 müqavilə bağlanıb.