Azərbaycanda ali məktəblərə qəbul planı 90%-dən çox dolacaq – DİM

2024/2025-ci tədris ili üçün Azərbaycanda ali təhsil müəssisələrinə qəbul planının 90 faizdən artıq dolacağı gözlənilir. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə brifinq zamanı bildirib.
Abbaszadə qeyd edib ki, özəl əsaslı sifarişli yerlərin 90 faizinin, dövlət sifarişi ilə ayrılan yerlərin isə ənənəvi olaraq 93-95 faizinin dolması proqnozlaşdırılır.
O, həmçinin əlavə edib ki, subbakalavrların qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur.
Aytac