• $ 1.7
  • € 1.9844
  • ₽ 0.02125
  • ₺ 0.0418
  • £ 2.2728

Pterigiumun cərrahi müalicəsi üzrə 2 minə yaxın əməliyyat icra olunub – İTSDA

Pterigiumun cərrahi müalicəsi üzrə 2 minə yaxın əməliyyat icra olunub – İTSDA
08.08.2025 10:24

Gözün buynuz qişasına doğru böyüyən xroniki xəstəlik – pterigiumun müalicəsi üzrə ötən il ərzində İcbari Tibbi Sığorta hesabına 2 192 cərrahi əməliyyat aparılıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Əməliyyatlardan 284-ü pterigiumun kəsiklə çıxarılması, 1 908-i isə konyunktival autotransplantasiya üsulu ilə icra olunub.

Pterigium – günəş şüaları, toz, külək və allergenlərin uzunmüddətli təsiri nəticəsində yaranan, gözün daxili bucağından buynuz qişaya doğru inkişaf edən üçbucaq formalı patoloji toxumadır. Xəstəlik ilkin mərhələdə qızartı, qaşınma və quruluqla özünü göstərsə də, irəlilədikcə görmə itiliyinin azalması və digər ağırlaşmalara səbəb ola bilər.

Diaqnoz oftalmoloq müayinəsi və bio-mikroskopik baxışla müəyyənləşdirilir. İcbari tibbi sığorta çərçivəsində pterigiumun diaqnozu üçün oftalmoskopiya, vizometriya, perimetriya və refraktometriya müayinələri qarşılanır.

Ənənəvi çıxarılma üsulu sadə olsa da, residiv (təkrarlanma) riski yüksəkdir. Müasir və effektiv hesab edilən konyunktival autotransplantasiya zamanı isə pterigium toxuması çıxarıldıqdan sonra gözün sağlam hissəsindən götürülmüş toxuma həmin sahəyə köçürülür. Bu üsul həm funksional, həm də estetik baxımdan daha yaxşı nəticə verir və təkrarlanma riskini azaldır.

Əməliyyatlar yerli anesteziya ilə həyata keçirilir və təxminən 15–40 dəqiqə çəkir. Pasiyentlər adətən eyni gün evə buraxılır və bir neçə həftə ərzində normal həyat tərzinə qayıdır.

İTSDA bildirir ki, əməliyyat öncəsi müayinələr, dərman təminatı və tibbi sərf də sığorta çərçivəsində ödənilir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İşçinin hüququnu pozan klinika 20 min manat cərimələnib
Cəmiyyət 13:06
İşçinin hüququnu pozan klinika 20 min manat cərimələnib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:50
Sabahın hava proqnozu açıqlanıb
Novxanının bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq
Cəmiyyət 12:08
Novxanının bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq
Pterigiumun cərrahi müalicəsi üzrə 2 minə yaxın əməliyyat icra olunub – İTSDA
Cəmiyyət 10:24
Pterigiumun cərrahi müalicəsi üzrə 2 minə yaxın əməliyyat icra olunub – İTSDA
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi 10 avqustda keçiriləcək
Cəmiyyət 10:16
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi 10 avqustda keçiriləcək
Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
Cəmiyyət 09:58
Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
Şahdağa dolu düşüb - Faktiki hava açıqlanıb
Cəmiyyət 09:44
Şahdağa dolu düşüb - Faktiki hava açıqlanıb
Bakının“20 Yanvar” metro stansiyasında qadın dünyaya uşaq gətirib
Cəmiyyət 08:21
Bakının“20 Yanvar” metro stansiyasında qadın dünyaya uşaq gətirib
Ağdərədə meşədə yanğın başlayıb
Cəmiyyət 21:46
Ağdərədə meşədə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol