• $
  • €
  • ₽
  • ₺
  • £

Pterigiumun cərrahi müalicəsi üzrə 2 minə yaxın əməliyyat icra olunub – İTSDA

Pterigiumun cərrahi müalicəsi üzrə 2 minə yaxın əməliyyat icra olunub – İTSDA
08.08.2025 10:24

Gözün buynuz qişasına doğru böyüyən xroniki xəstəlik – pterigiumun müalicəsi üzrə ötən il ərzində İcbari Tibbi Sığorta hesabına 2 192 cərrahi əməliyyat aparılıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Əməliyyatlardan 284-ü pterigiumun kəsiklə çıxarılması, 1 908-i isə konyunktival autotransplantasiya üsulu ilə icra olunub.

Pterigium – günəş şüaları, toz, külək və allergenlərin uzunmüddətli təsiri nəticəsində yaranan, gözün daxili bucağından buynuz qişaya doğru inkişaf edən üçbucaq formalı patoloji toxumadır. Xəstəlik ilkin mərhələdə qızartı, qaşınma və quruluqla özünü göstərsə də, irəlilədikcə görmə itiliyinin azalması və digər ağırlaşmalara səbəb ola bilər.

Diaqnoz oftalmoloq müayinəsi və bio-mikroskopik baxışla müəyyənləşdirilir. İcbari tibbi sığorta çərçivəsində pterigiumun diaqnozu üçün oftalmoskopiya, vizometriya, perimetriya və refraktometriya müayinələri qarşılanır.

Ənənəvi çıxarılma üsulu sadə olsa da, residiv (təkrarlanma) riski yüksəkdir. Müasir və effektiv hesab edilən konyunktival autotransplantasiya zamanı isə pterigium toxuması çıxarıldıqdan sonra gözün sağlam hissəsindən götürülmüş toxuma həmin sahəyə köçürülür. Bu üsul həm funksional, həm də estetik baxımdan daha yaxşı nəticə verir və təkrarlanma riskini azaldır.

Əməliyyatlar yerli anesteziya ilə həyata keçirilir və təxminən 15–40 dəqiqə çəkir. Pasiyentlər adətən eyni gün evə buraxılır və bir neçə həftə ərzində normal həyat tərzinə qayıdır.

İTSDA bildirir ki, əməliyyat öncəsi müayinələr, dərman təminatı və tibbi sərf də sığorta çərçivəsində ödənilir.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol