Cəlilabadda çaqqal hücumu nəticəsində 3 nəfər yaralanıb

Cəlilabad rayonunun Şatırlı kəndində çaqqal hücumu nəticəsində üç nəfər yaralanıb, bu barədə yerli media məlumat verib.
Hücum nəticəsində Aygün Orucova, Südabə Rüstəmova və Coşqun Əlili müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şahidlərin sözlərinə görə, kənd sakinlərindən biri hücum edən çaqqalı əlləri ilə zərərsizləşdirib. Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.
Daha ətraflı məlumat "Xəzər Xəbər"in videosüjetində təqdim olunub.