İrandan Azərbaycana 22 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

Azərbaycan Dövlət Sərhəd Xidməti ölkə ərazisinə İrandan 22 kiloqramdan artıq marixuana keçirilməsi cəhdinin qarşısını alıb.
Məlumata görə, “Horadiz” sərhəd dəstəsinin ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ümumi çəkisi 22 kiloqram 60 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.