İƏT rəsmisi: Halal sənayesinin qlobal miqyasda genişlənməsi sürətlənir

Halal sənayesi dünya üzrə sürətlə genişlənir və bu sahədə mövcud potensial geniş iqtisadi imkanlar təqdim edir. Bunu Bakıda keçirilən Halal Biznes Forumunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iqtisadi məsələlər üzrə baş katibinin müavini Dr. Ahmad Kawesa Sengendo bildirib.
“Halal fəaliyyətlərin potensialı təkcə dini deyil, eyni zamanda iqtisadi baxımdan da mühüm imkanlar yaradır,” – Sengendo vurğulayıb.
Dr. Sengendo qeyd edib ki, 2024-cü il ərzində bir sıra iri iqtisadiyyatlar – Braziliya, Hindistan, ABŞ, Rusiya, Argentina, Türkiyə, Çin və Malayziya – halal məhsulların istehsalı və inkişafına qoşulub. Bu tendensiya halal sənayesinin qlobal miqyasda strateji əhəmiyyət daşıdığını təsdiqləyir.
İƏT rəsmisi əlavə edib ki, ilin sonunadək halal məhsulların idxal və ixracında artımın təmin olunması təşkilatın əsas hədəflərindən biridir. Bu məqsədlə üzv ölkələr arasında sertifikatların qarşılıqlı tanınması və ticarət axınlarının asanlaşdırılması istiqamətində tədbirlər görülür.
Gülnar Nazimqızı