Doqquz ayda 40,4 min şəxsə əlillik təyin olunub

2025-ci ilin yanvar-sentyabrında 40,4 min şəxsə əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib.
Onlardan 18,3 min şəxsə ilkin, 22,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 48,2 min şəxsə əlillik təyin edib.
Həmin şəxslərdən 23,9 mininə ilkin, 24,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Aytac Zeynalova