İki gündə 80 cinayət faktı qeydə alınıb, 69 nəfər saxlanılıb – DİN

2025-ci il oktyabrın 18-i və 19-u tarixlərində Azərbaycan ərazisində ümumilikdə 80 yeni cinayət hadisəsi qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb,axtarışda olan ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 fakt, eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması üzrə 6 fakt qeydə alınıb.
Gülnar