DYP: Piyada vurulması hallarının əksəri keçidlərdən kənarda baş verir

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
"Yollarda müşahidə olunan ən təhlükəli hallardan biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşmasıdır. Bəzən insanlar yaxınlıqda yeraltı və ya yerüstü piyada keçidi olduğu halda, sədləri aşaraq və ya yolun hərəkət hissəsinə çıxaraq öz həyatlarını təhlükəyə atırlar. Bir anlıq tələskənlik, diqqətsizlik və ya səhlənkarlıq bir çox hallarda faciəvi nəticə ilə bitir.
Aparılmış araşdırmalar göstərir ki, piyada vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Bu fakt bir daha göstərir ki, qaydalara əməl etmək sadəcə tövsiyə deyil, həyatın qorunması üçün zəruri şərtdir.
Unutmaq olmaz ki, əgər piyadanın qayda pozuntusu törətməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və bu hadisə insanın xəsarət almasına və ya ölümünə səbəb olarsa, bu artıq cinayət məsuliyyəti yaradır.