İlkin tibbi xidmətlərin kefiyyəti hələ də aşağıdır - Deputat
Xidmətlər zərfi genişlənsə də, vətəndaşların icbari tibbi sığortadan gözləntiləri hələ də tam ödənilmir. Bunu Milli Məclisin deputatı Əhliman Əmiraslanov 2026-ci il dövlət büdcəsinə münasibət bildirərkən deyib.
“Ambulator müalicələrin icbari tibbi sığorta çərçivəsində qarşılanması məsələsi hələ də həll olunmayıb. Bu məsələ 2026-cı ildə mütləq həllini tapmalıdır,” — Əmiraslanov vurğulayıb.
Deputat həmçinin qeyd edib ki, ilkin tibbi xidmətin keyfiyyəti aşağı səviyyədədir, xüsusilə də ucqar bölgələrdə tibb məntəqələrinin çatışmazlığı və bəzilərinin yararsız vəziyyətdə olması problemi qalmaqdadır.
Əmiraslanov onkoloji xəstələrin vəziyyətinə də toxunaraq bildirib ki, icbari tibbi sığorta sistemi çərçivəsində xərçəng xəstələrinin dərman təminatı üçün yetərli vəsait ayrılmır.
Gülnar Nazimqızı
Son xəbərlər