Xəzərin səviyyəsinin azalması və yağıntıların qeyri-bərabər paylanması su təhlükəsizliyi üçün risk yaradır
Azərbaycanın su resursları məhduddur və bu sahədə artan risklər strateji yanaşma tələb edir. Bunu Milli Məclisin deputatı Sadiq Qurbanov 2026-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin enməsi və yağıntıların regionlar üzrə qeyri-bərabər paylanması su təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır.
Deputat qeyd edib ki, su ehtiyatlarının səmərəli idarə olunması və alternativ mənbələrin yaradılması vacibdir.
“Yağış sularının toplanması və bu istiqamətdə layihələrin genişləndirilməsi su təhlükəsizliyinin əsas komponentidir. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır,” – Qurbanov vurğulayıb.
Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi ölkə xaricindən formalaşır. Son illərdə iqlim dəyişiklikləri, yağıntıların azalması və Xəzər dənizinin səviyyəsində müşahidə olunan geriləmə su balansına mənfi təsir göstərib.
Gülnar Nazimqızı
Son xəbərlər