• $ 1.7
  • € 1.9534
  • ₽ 0.020988
  • ₺ 0.0404
  • £ 2.2143

Deputat: Psixoloji xidmətlərin genişləndirilməsinə vəsait ayrılmasını təklif edir

Deputat: Psixoloji xidmətlərin genişləndirilməsinə vəsait ayrılmasını təklif edir
06.11.2025 12:47

Azərbaycanda psixoloji xidmətlərin genişləndirilməsi və bu sahədə ixtisaslı mütəxəssislərin hazırlanması vacib məsələdir. Bunu Milli Məclisin deputatı Nigar Məmmədova 2026-ci ilin dövlət büdcəsinə münsibət bildirərkən deyib. 

Deputatın sözlərinə görə, uşaqlara psixoloji dəstəyin gücləndirilməsi, eyni zamanda valideynlərin maarifləndirilməsi üçün dövlət büdcəsindən məqsədyönlü vəsait ayrılmalıdır.

“Psixoloqların peşəkar səviyyədə hazırlanması, məktəblərdə və icmalarda psixoloji xidmətlərin əlçatanlığının artırılması cəmiyyətin sağlam inkişafı üçün əsas şərtlərdən biridir,” –  Məmmədova vurğulayıb.


Son illərdə Təhsil və Səhiyyə nazirlikləri birgə şəkildə məktəblərdə və tibb müəssisələrində psixoloji xidmətlərin inkişafı istiqamətində proqramlar həyata keçirir. Rəsmi məlumatlara əsasən, ölkədə 2000-dən çox psixoloq fəaliyyət göstərsə də, regionlarda bu xidmətlərə çıxış məhduddur. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
63 kənd hələ də qazsız qalıb - Deputat
Cəmiyyət 13:41
63 kənd hələ də qazsız qalıb - Deputat
Deputat hökumətə səsləndi: Gəlin Gəncəyə sahib çıxaq
Cəmiyyət 13:25
Deputat hökumətə səsləndi: Gəlin Gəncəyə sahib çıxaq
Deputat: Xaricdəki diplomatların maaşları artırılmalıdır
Cəmiyyət 13:08
Deputat: Xaricdəki diplomatların maaşları artırılmalıdır

Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:02
Sabahın hava proqnozu açıqlanıb
Deputat: Psixoloji xidmətlərin genişləndirilməsinə vəsait ayrılmasını təklif edir
Cəmiyyət 12:47
Deputat: Psixoloji xidmətlərin genişləndirilməsinə vəsait ayrılmasını təklif edir
Xəzərin səviyyəsinin azalması və yağıntıların qeyri-bərabər paylanması su təhlükəsizliyi üçün risk yaradır
Cəmiyyət 12:38
Xəzərin səviyyəsinin azalması və yağıntıların qeyri-bərabər paylanması su təhlükəsizliyi üçün risk yaradır
Nazir: 2025-ci ildə 158 min nəfər işlə təmin edilib
Cəmiyyət 12:31
Nazir: 2025-ci ildə 158 min nəfər işlə təmin edilib
Demokrafiq inkişafla bağlı dövlət proqramına ehtiyac var - Musa Quliyev
Cəmiyyət 12:24
Demokrafiq inkişafla bağlı dövlət proqramına ehtiyac var - Musa Quliyev
İlkin tibbi xidmətlərin kefiyyəti hələ də aşağıdır - Deputat
Cəmiyyət 12:14
İlkin tibbi xidmətlərin kefiyyəti hələ də aşağıdır - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox