Deputat: Xaricdəki diplomatların maaşları artırılmalıdır
Avropada fəaliyyət göstərən Azərbaycan diplomatlarının əməkhaqları inflyasiyaya uyğun şəkildə artırılmalıdır. Bunu Milli Məclisin deputatı Asim Mollazadə 2026-ci ilin dövlət büdcəsinə münsibət bildirərkən deyib.
Onun sözlərinə görə, xarici ölkələrdəki iqtisadi şəraitin dəyişməsi diplomatların sosial təminatına da təsir göstərir.
“Diplomatlarımızın əməyinə adekvat qiymət verilməli, onların maaşları yaşadıqları ölkələrdəki inflyasiya göstəricilərinə əsasən tənzimlənməlidir,” – Mollazadə qeyd edib.
Deputat həmçinin səhiyyə və təhsil sahələrində özəl sektorun rolunun artırılmasının vacibliyinə toxunub. O bildirib ki, bəzi bölgələrdə səhiyyə işçilərinin çatışmazlığı müşahidə olunur və bu problemi özəl səhiyyə xidmətlərinin dövlət sisteminə inteqrasiyası ilə həll etmək mümkündür.
Gülnar Nazimqızı
Son xəbərlər