Deputat hökumətə səsləndi: Gəlin Gəncəyə sahib çıxaq
Regionlarda, xüsusilə də Gəncə şəhərində yeni iş yerlərinin yaradılmasına ciddi ehtiyac var. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev 2026-ci ilin büdcə layihəsinə münasəbt bildirərkən deyib.
Onun sözlərinə görə, son illərdə böyük şəhərlərdən, o cümlədən Gəncədən Bakıya miqrasiya prosesi güclənib və bu tendensiya regional iqtisadi tarazlığı poza bilər.
“Gəncədə mövcud iş yerlərinin qorunması və yeni məşğulluq imkanlarının yaradılması vacibdir. Gəlin Gəncəyə sahib çıxaq,” – deputat vurğulayıb.
Həmzəyev əlavə edib ki, uşaqlar arasında görmə zəifliyi halları artmaqdadır və bir çox valideynlər övladlarını eynəklə təmin etməkdə çətinlik çəkirlər.
“Bu istiqamətdə dövlət dəstəyi göstərilməlidir,” – deputat qeyd edib.
O, həmçinin sahibsiz heyvanlarla bağlı məsələyə toxunaraq bildirib ki, regionlarda bu sahədə işlərin aparılması üçün həm maliyyə vəsaitinə, həm də vaksinasiya tədbirlərinə ehtiyac var.
Gülnar Nazimqızı
Son xəbərlər