• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yeni məktəblərin tikintisini sürətləndirəcək — Nazir

Azərbaycan yeni məktəblərin tikintisini sürətləndirəcək — Nazir
13.11.2025 12:32

Azərbaycan yeni məktəblərin tikintisini sürətləndirəcək — nazir

Azərbaycanda məktəb tikintisi və təhsil infrastrukturunun yenilənməsi son illərdə ən prioritet istiqamətlərdən biri olaraq qalır. Bunu təhsil naziri Emin Əmrullayev parlamentdə 2026-cı ilin büdcə müzakirələri zamanı bildirib.

Nazirin sözlərinə görə, 2021–2025-ci illərdə ölkə üzrə 364 məktəb binası inşa edilib və ya əsaslı şəkildə yenidən təmir olunub. İnfrastruktur layihələrinin miqyası artdığı üçün bu rəqəm əvvəlki illərlə müqayisədə xeyli yüksəlib.

Əmrullayev qeyd edib ki, son beş ildə qəza vəziyyətində olan məktəblərin sayı təxminən 3,5 dəfə azalıb — əvvəllər minə yaxın məktəb problemlidirsə, hazırda onların sayı 400 düşüb. 

Nazirin sözlərinə görə, hələ də əsaslı təmir və ya yenidən tikintiyə ehtiyacı olan 400-dən çox məktəb mövcuddur və bu, növbəti illərin əsas hədəflərindən biri olacaq.

İşğaldan azad edilmiş ərazilərdə məktəb infrastrukturu paralel şəkildə bərpa olunur. Nazir bildirib ki, 2025-ci il avqustun 1-dən etibarən həmin zonada 104 adda təhsil layihəsinin icrası başa çatdırılıb, 20 yeni məktəb tikilib, bir neçə məktəbdə təmir işləri yekunlaşmaq üzrədir. Hazırda 100-dən çox təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Əmrullayev vurğulayıb ki, ölkədə artan şagird sayı infrastruktura əlavə təzyiq yaradır. 

Kiçik qəsəbələrdə tikiləcək məktəblərin layihələndirilməsi zamanı daha səmərəli modellər tətbiq ediləcək.

“Bir çox yaşayış məntəqələrində gələcək 20 il ərzində şagird sayının artım proqnozu nəzərə alınmalıdır. Kiçik kompleks məktəblərdə daha qənaətcil, lakin keyfiyyətli infrastruktur modelinə keçid zəruridir”, nazir bildirib.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol