Fahişələrə sosial şəbəkələrdə özünü reklam etmək qadağan edilir
Sosial şəbəkələrdə fahişəliklə bağlı açıq çağırışlara görə 500 manat cərimə tətbiq olunmasını nəzərdə tutan yeni inzibati maddə müzakirə edilir.
Təklif İnzibati Xətalar Məcəlləsinə yeni bəndin əlavə olunmasını əhatə edir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında təqdim edilən layihəyə əsasən, internet və digər telekommunikasiya şəbəkələrindən istifadə etməklə fahişəliklə məşğul olmağa çağırış edən və ya buna dair sövdələşməni kütləvi nümayiş etdirən şəxslər inzibati qaydada cərimələnəcək.
Qanun dəyişikliyi kiberməkanda əxlaq normalarının pozulmasına qarşı sanksiyaların sərtləşdirilməsi məqsədi daşıyır.
Gülnar
Son xəbərlər
Daha çox