Bu ilin on ayında 538 min elektron arayış verib
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvar-oktyabr aylarında 538 min elektron arayış təqdim edib. Bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nazirlik bildirir ki, son illər əmək, məşğulluq, sosial təminat, əlillik və reabilitasiya sahələrində aparılan rəqəmsallaşma proqramı nəticəsində vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, ünvanlı yardım və digər sosial göstəricilər üzrə arayışları onlayn əldə etmək imkanı yaradılıb.
Proqram həmçinin dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, maddi yardım və fərdi şəxsi hesab barədə məlumatların da elektron qaydada əldə olunmasını əhatə edir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox