Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Hacıyevlə görüşdən danışıblar
Bakıya noyabrın 21-də səfər edən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə erməni əsirləri ilə bağlı məsələləri qaldırıb. Bu barədə Ermənistan mətbuatı yazıb.
Naira Sultanyan mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan tərəfi nümayəndələrə heç bir məhdudiyyət qoymayıb və məsələ diplomatik şəkildə müzakirə edilib.
Bu səfər oktyabrın 22-də İrəvanda baş tutan müzakirənin cavab səfəri hesab olunur və münasibətlərin normallaşması kontekstində həyata keçirilib. Bakıya gələn nümayəndələr arasında İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan olub.
Sultanyan qeyd edib ki, dəqiq say və adlarla bağlı cavab hələlik alınmayıb, lakin tərəflər arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsi ümid edilir.
Gülnar
Son xəbərlər
Daha çox