Səhiyyə Nazirliyindən çağırış:gigiyenik qaydalara ciddi riayət edin!
Azərbaycanın Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günləri ərəfəsində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə vətəndaşları sanitar-gigiyenik qaydalara ciddi riayət etməyə çağırıb.
Nazirliyin məlumatına görə, xüsusilə yüksək risk qrupuna aid şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etmək, əl gigiyenasına diqqət yetirmək tövsiyə olunur.
Açıqlamada bildirilib ki, immun sisteminin möhkəmləndirilməsi üçün gündəlik qidalanma rasionuna vitaminlərlə zəngin məhsulların daxil edilməsi məqsədəuyğundur.
Səhiyyə Nazirliyi vətəndaşları sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə və özlərini, eləcə də ətrafdakıları mümkün yoluxma risklərindən qorumağa çağırıb.
Son xəbərlər
Daha çox