115 şəhid ailəsinə mənzillər təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verib.
Mənzillər Bakı və Naftalan şəhərləri, Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında təqdim olunub.
Bakıda 4 saylı DOST Mərkəzində keçirilən mərasimdə nazir müavini Hidayət Abdullayev sosial müdafiə tədbirlərini diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.
Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 16 minədək mənzil və fərdi ev təqdim edilib, müavinət və təqaüdlər isə orta hesabla 2 dəfədən çox artırılıb.
Son xəbərlər
Daha çox