Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb.Bu barədə Qəhrəmanlı özü məlumat yayıb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.
Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi cinayərlərdə təqsirləndirilir. O, hazırda ev dustaqlığında saxlanılır.
Son xəbərlər
Daha çox