• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda lisey müəllimi şagird tərəfindən güllələnib/Yenilənib3

Bakıda lisey müəllimi şagird tərəfindən güllələnib/Yenilənib3
06.02.2026 11:13

(Yazıya Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun və TƏBİB-in mövqeyi əlavə edilib) 

Bakının İdrak Liseyində 10-cu sinif şagirdi müəllimi silahla yaralayıb. Bu barədə unikal məlumat verib. 

Hadisə yerində polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralının vəziyyəti hələlik açıqlanmır, hadisə ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən anews.az-a bildilib ki, yaxın zamanda ətraflı məlumat veriləcək. 

Anews.az-ın əldə etdiyi məlumata görə lisey şagirdləri təcili təxliyə edib. Bununla bağlı bütün valideynlərə xəbərdarlıq göndərilib. 

İdrak liseyinin iqtisadi məsələlər üzrə direktoru İdris Alışov anews.az-a açıqlamasında bildirib ki, liseydə heç bir hadisə baş verməyib.

"Yalan şayiədir yayılıb.Heç bir problem yoxdur. Bununla bağlı yazılan bütün xəbərlər yalan yazılıb", - o bildirib. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şahidlərin verdiyi məlumata görə hadisə 2-ci mərtəbədə baş verib. Müəllim çiyin nahiyəsindən xəsarət alıb. 

***

Baş Prokurorluqdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır. Şübhəli şagird prokurorluq tərəfindən saxlanılıb.

Prokurorluq əməkdaşları hadisə yerində baxış keçirir və hadisənin başvermə səbəblərini araşdırır.

Yaralıya vaxtında tibbi yardım göstərilib və hazırda müalicəsi xəstəxanada davam etdirilir.

***

Fevralın 6-da Binəqədi rayonundakı İdrak Liseyində müəllimə odlu silahla yaralanaraq xəstəxanaya yerləşdirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, çağırış saat 09:10 radələrində qeydə alınıb və təcili tibbi yardım briqadası dərhal göndərilib.

1997-ci il təvəllüdlü qadın pasiyent Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Ona odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu qoyulub, zəruri tibbi yardım göstərilib və laborator-instrumental müayinələr aparılıb.

Hazırda yaralının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Aytac Zeynalova 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol