• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar

Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
06.02.2026 12:51

Unibank kartları öz sahiblərinə yüksək keşbek qazandırmaqda davam edir. Hər ay bank tərəfindən kart müştəriləri üçün xüsusi keşbek imkanları yaradılır. 2025-ci il ərzində isə Unibank müştəriləri ümumilikdə 4 030 107 manat keşbek qazanıblar. Bu müddətdə ən yüksək məbləğ əldə edən müştərinin keşbek qazancı 1089 manat olub. Bir tranzaksiya üzrə qazanılan ən yüksək keşbek məbləği isə 419 manat təşkil edib.

2025-ci ilin təhlili göstərir ki, Unibank müştərilərinin ən çox keşbek qazandığı ilk üçlükdə olan partnyorlar yanacaqdoldurma məntəqələri, market və kafe-restoranlar olub. 

Unibank müştəriləri keşbek proqramına görə, Classic, Pro və Premium mərhələlərindən asılı olaraq, partnyorlardan 10 %-dək keşbek qazana bilirlər. Bu ayın 15-dək davam edən 14 fevrala özəl kampaniya çərçivəsində isə daha yüksək keşbek qazanmaq imkanı var.  Kampaniya dövründə kart sahibi olduğu mərhələyə əsasən, 14%-dək keşbek qazanacaq.

Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində bir çox Unibank bank kartları ilə alış-veriş keşbek qazandırır.

Unibank kartları ilə alış-verişlərdə market, yanacaqdoldurma məntəqələri, kafe-restoranlar xüsusi yer tutur. Çünki qeyd olunan xidmət və ticarət obyektlərində Apple Pay və Google Pay ilə ödəniş edən kart sahibləri dövriyyə tələbi olmadan, dərhal yüksək keşbek əldə edirlər. Ötən ilin nəticələrinə görə, Unibank kartları ilə Apple Pay və Google Pay ödənişlərində 38,8% artım qeydə alınıb. İlin əvvəli ilə müqayisədə 2025-ci ilin sonunda Google Pay ödənişləri 26,7%, Apple Pay ödənişləri isə 43,8%-ə yaxın artıb. 

Keşbek proqramı xidməti haqqında məlumatları bankın saytından (//unibank.az/az/cards/cashback) əldə etmək mümkündür. 

Xatırladaq ki, “Unibank”ın UCard, Visa Platinum, Visa Infinite, Mastercard Black Edition, Digital card və Albalı kartları keşbek qazandırır.

Unibank- Sənin Bankın!

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol