• $ 1.7
  • € 1.9816
  • ₽ 0.021521
  • ₺ 0.0394
  • £ 2.282

Sabah rayonlara qar yağacaq - Proqnoz

Sabah rayonlara qar yağacaq - Proqnoz
14.01.2026 12:29

Azərbaycanda yanvarın 15-də havanın fasilələrlə yağıntılı keçəcəyi, qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Vurğulanıb ki, Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtdan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 2-5° şaxta olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Yazıçılar Birliyi üzvlük qəbulunu dayandırıb
Cəmiyyət 13:39
Azərbaycan Yazıçılar Birliyi üzvlük qəbulunu dayandırıb
Sosial şəbəkələrdə onlayn dələduzluq: 23 yaşlı şəxs saxlanılıb
Cəmiyyət 13:17
Sosial şəbəkələrdə onlayn dələduzluq: 23 yaşlı şəxs saxlanılıb
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Cəmiyyət 12:46
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Sabah rayonlara qar yağacaq - Proqnoz
Cəmiyyət 12:29
Sabah rayonlara qar yağacaq - Proqnoz
Azərbaycanın istehlak qiymətləri indeksi 2025-ci ilin dekabrında 5,2% artıb
Cəmiyyət 12:14
Azərbaycanın istehlak qiymətləri indeksi 2025-ci ilin dekabrında 5,2% artıb
Yeni metrolar nələri dəyişəcək?
Cəmiyyət 12:11
Yeni metrolar nələri dəyişəcək?
“Ana dili – Azərbaycan məktəbi” layihəsində II yarımil üçün qeydiyyat başlayıb
Cəmiyyət 11:30
“Ana dili – Azərbaycan məktəbi” layihəsində II yarımil üçün qeydiyyat başlayıb
Kütləvi etirazlar fonunda SpaceX Starlink-i İranda pulsuz elan etdi
Cəmiyyət 10:59
Kütləvi etirazlar fonunda SpaceX Starlink-i İranda pulsuz elan etdi
Yanvarın 13-də Azərbaycanda 86 cinayətin açılması təmin olunub
Cəmiyyət 10:32
Yanvarın 13-də Azərbaycanda 86 cinayətin açılması təmin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol