• $ 1.7
  • € 2.0166
  • ₽ 0.0223
  • ₺ 0.0391
  • £ 2.326

DİM 9 illik buraxılış imtahanlarının aprel qrafikini açıqlayıb

DİM 9 illik buraxılış imtahanlarının aprel qrafikini açıqlayıb
04.02.2026 11:01

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ilin aprel ayının 5-i, 12-si və 26-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarının şəhər və rayonlar üzrə qrafikini müəyyənləşdirib. Bu barədə DİM-in yaydığı məlumatda deyilir.

Məlumata görə, imtahanlar ölkənin bütün bölgələrini əhatə edəcək və bəzi iri şəhər və rayonlarda hərəkət intensivliyinin azaldılması məqsədilə iki mərhələdə keçiriləcək. Sözügedən bölgələr Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarıdır. Qrafikdə bu bölgələr müvafiq olaraq I və II hissə kimi göstərilib.

DİM-in açıqlamasına əsasən, 5 aprel tarixində imtahanlar Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail və Pirallahı rayonlarında, eləcə də Gəncə (I hissə), Şəki, Lənkəran (I hissə), Astara, Ağdam, Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı və digər rayonlarda keçiriləcək.

12 aprel tarixində buraxılış imtahanları Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Mingəçevir, Gəncə (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), eləcə də tədrisi ingilis dilində olan məktəblərdə təşkil olunacaq.

26 aprel tarixində isə Sabunçu (II hissə), Xəzər (II hissə), Nəsimi, Nizami, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan Muxtar Respublikası, eləcə də qərb, şimal və cənub regionlarını əhatə edən rayonlarda imtahanların keçirilməsi nəzərdə tutulur. Həmin gün Bakı şəhəri üzrə xüsusi məktəblərdə, o cümlədən internat məktəblərində və cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, eləcə də gürcü bölməsi üzrə təhsil alan şagirdlər üçün də imtahanlar təşkil ediləcək.

DİM bildirib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər faktiki olaraq bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayon üzrə müəyyən edilmiş tarixlərdə imtahan verəcəklər.

Mərkəzin məlumatına görə, imtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək.

Buraxılış imtahanları ümumi orta təhsil səviyyəsini bitirən şagirdlərin biliyinin qiymətləndirilməsi ilə yanaşı, növbəti təhsil pilləsinə keçid baxımından da əsas mərhələlərdən biri hesab olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİM 9 illik buraxılış imtahanlarının aprel qrafikini açıqlayıb
Cəmiyyət 11:01
DİM 9 illik buraxılış imtahanlarının aprel qrafikini açıqlayıb
Bir gündə 78 cinayətin açılması təmin edilib, 133 nəfər saxlanılıb – DİN
Cəmiyyət 10:50
Bir gündə 78 cinayətin açılması təmin edilib, 133 nəfər saxlanılıb – DİN
Nərimanovun 2 küçəsində qaz olmayacaq
Cəmiyyət 09:43
Nərimanovun 2 küçəsində qaz olmayacaq
Bakıda küləyin sürəti 28 m/s təşkil edir - FAKTİKİ HAVA
Cəmiyyət 09:15
Bakıda küləyin sürəti 28 m/s təşkil edir - FAKTİKİ HAVA
Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində
Cəmiyyət 00:02
Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb
Cəmiyyət 21:11
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb
İnşaat Kollecinin direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
Cəmiyyət 19:27
İnşaat Kollecinin direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Cəmiyyət 18:54
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Ötən il ADSEA-nın Çağrı Mərkəzi tərəfindən 832 961 zəng cavablandırılıb
Cəmiyyət 18:33
Ötən il ADSEA-nın Çağrı Mərkəzi tərəfindən 832 961 zəng cavablandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox