• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində
04.02.2026 00:02

Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı tədbirdə iştirak edib.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olunub.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış edib.

Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

“Zayed İnsan Qardaşlığı Mükafatı” barədə videoçarx nümayiş olunub.

“Qadın liderliyi insan qardaşlığının təməlidir” adlı panel sessiyada İndoneziyanın keçmiş Prezidenti və Zayed mükafatı münsiflər heyətinin üzvü Meqavati Sukarnoputri, Livanın birinci xanımı Nehmat Aoun, Kolumbiyanın birinci xanımı Veronika Alkoser Qarsiya çıxış edib.

Panel sessiyada çıxış edən Leyla Əliyeva Azərbaycanda fərqli mədəniyyətlərə, dinlərə və ənənələrə hörmətin hər zaman həyat tərzinin ayrılmaz hissəsi olduğunu bildirib. O, uşaqların mehriban mühitdə və ali ailə dəyərləri ilə böyüdüklərini, bunun isə onları gələcəkdə güclü şəxsiyyət kimi formalaşdırdığını vurğulayıb. Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Leyla Əliyeva Fond tərəfindən təkcə Azərbaycanda deyil, həm də Pakistan, Gürcüstan, Bosniya və Herseqovinada bir çox məktəblərin tikildiyini və ya əsaslı təmir edildiyini bildirib. Yeni texnologiyaların inkişafı ilə təhsil sisteminin də dəyişməsinin vacibliyini vurğulayan Leyla Əliyeva bu prosesin artıq başladığını deyib.

Leyla Əliyeva qeyd edib ki, həm valideynlər, həm də müəllimlər uşaqlara daha çox dəyər verməli, onlara hörmətlə yanaşmalı, onları dinləməyi bacarmalıdırlar.

Uşaqların sosial medianın mənfi təsirlərindən qorumağın əhəmiyyətinə toxunan Leyla Əliyeva hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanları zərərli məlumatlardan qorumağın yollarının araşdırıldığını bildirib.

Tədbirdə, həmçinin Pakistanın birinci xanımı Aseefa Bhutto Zərdari çıxış edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol