DİM sədri: Abituriyentlər imtahana qorxu ilə yox, biliklərini yoxlamağa gəlməlidirlər
Abituriyentlərin imtahana qorxu ilə gəlməsi istənilmir və əsas məqsəd onların biliklərini yoxlamasıdır.
Abbaszadə bu fikirləri imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, imtahan iştirakçıları nəticələrin hansısa yollarla dəyişdiriləcəyinə ümid bəsləməməlidir. Abbaszadə qeyd edib ki, qaydaları pozan şəxslər təkcə öz nəticələrinə deyil, eyni zamanda ətraflarında əyləşən digər abituriyentlərin imtahan prosesinə də mane olur, onlara məsləhətlər verir və işləməyə imkan yaratmırlar.
DİM sədri əlavə edib ki, bəzi hallarda yüksək nəticə göstərən abituriyentlərlə bağlı sinif yoldaşlarında suallar yaranır və aparılan araşdırmalar nəticəsində qeyri-qanuni yolla əldə olunan nəticələrin ləğv edildiyi hallara rast gəlinir.