Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edilib
Dövlət Gömrük Komitəsinin təqaüddə olan polkovniki Həbib Bağırlı İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi üzrə 15 gün müddətinə həbs edilib. Bu barədə Qaynarinfo məlumat yayıb.
Məhkəmə materiallarına görə, 1980-ci il təvəllüdlü Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərdən birinə ümumi borcu 423 489,69 manat təşkil edib. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcunu ödəməsi barədə qətnamə çıxarıb, lakin Həbib Bağırlı borcunun yalnız təxminən 99 min manatını ödəyib, qalan 325 033 manat ödənilməmiş qalıb.
Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində protokol tərtib edilən H.Bağırlı məhkəmədə bildirib ki, təqaüdünün 60 faizi alimentə yönəldilir və əvvəl zaminlik və girov tədbirləri görülüb. Buna baxmayaraq, məhkəmə onun xahişini rədd edib.
Həbib Bağırlı 2018–2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub, 2022-ci ildə işdən çıxarılaraq təqaüdə göndərilib. 2022–2024-cü illərdə isə “Səba” ASC-də Təftiş və Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Məhkəmə ASC-də işlədiyi müddətdə şirkətə vurduğu 423 489,69 manatlıq ziyanı əsas götürüb.
Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı dövrdə “Dövlət qulluğunda fərqlənməyə görə” və digər mükafatlarla təltif olunub.
Son xəbərlər
Daha çox