İrandan 31 nəfər təxliyə olunub - Yenilənib
Azərbaycan vətəndaşlarının ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda qonşu ölkədən təxliyəsi davam edir.
Anews.az xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart saat 10:00-dək İran–Azərbaycan sərhədi vasitəsilə ümumilikdə 31 nəfər təxliyə edilib.
Təxliyə olunanlar arasında 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər isə İtaliya vətəndaşı olub.
***
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.
"Report" xəbər verir ki, daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib.
20:30
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.
"Report" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.
Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.