Azərbaycanda xuliqanlıq faktının sayı artıb
Azərbaycanda 2025-ci ildə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərin sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Rəsmi statistikaya görə, bu kateqoriyadan olan cinayətlərin sayı 2024-cü ildə 13 273 olduğu halda, 2025-ci ildə 12 022 qeydə alınıb.
Eyni zamanda, xuliqanlıq faktlarının sayı artıb. Belə ki, 2024-cü ildə 583 fakt qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 603 olub ki, bu da 3,4% artım deməkdir.
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin sayı 2685-dən 2543-ə düşərək 5,3% azalıb.
Bu kateqoriyadan olan və zərərçəkənin ölümü ilə nəticələnən hadisələrin sayı isə 621-dən 487-yə enib. Bu da 21,6% azalma deməkdir.
Hesabata əsasən, dövlət hakimiyyəti əleyhinə olan cinayətlərin sayı da bir qədər azalaraq 1184-dən 1148-ə düşüb.
Eyni zamanda, rüşvət cinayətləri 2024-cü ildə 30, 2025-ci ildə isə 29 fakt təşkil edib.
Qeyd olunub ki, statistik göstəricilər yalnız cinayətkarlıqla bağlı yol-nəqliyyat hadisələrini əhatə edir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox