• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıt və Qazax kolleclərinə yeni direktor müavinləri təyin edilib

Sumqayıt və Qazax kolleclərinə yeni direktor müavinləri təyin edilib
06.03.2026 12:38

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmrləri ilə Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Zülfiyyə Hüseynova Azərbaycan Milli Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə bakalavr, magistr və doktorantura təhsili alıb. O, Şuşa Musiqi Kollecində müəllim, Azərbaycan Milli Konservatoriyasında isə müxtəlif vəzifələrdə çalışıb, həmçinin respublika və beynəlxalq konfranslarda iştirak edib, elmi məqalələr nəşr etdirib.

Turanə Məmmədova bakalavr təhsilini “Tarix və ictimaiyyət”, magistratura təhsilini “Təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə alıb. Daha sonra ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” üzrə təhsilini davam etdirib. Son təyinatadək Şəmkir Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində çalışıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol