Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda martın 10-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin martın 9-dan 10-na keçən gecə bəzi yerlərdə az yağıntı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 776-dan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında yağıntının arabir intensivləşəcəyi ehtimal olunur, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Temperatur rayonlarda gecə 0-4°, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz isə 2-7° şaxta olacaq.