• $
  • £

Aqrar süni intellekt layihəsi fermerlərin qərarverməsini asanlaşdıracaq – nazir

Aqrar süni intellekt layihəsi fermerlərin qərarverməsini asanlaşdıracaq – nazir
11.03.2026 11:10

2020-ci ildən fəaliyyət göstərən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini artırıb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazirin sözlərinə görə, bu transformasiyanın növbəti mərhələsi Aqrar Süni İntellekt layihəsidir.

Layihə çərçivəsində 30-dan artıq süni intellekt modulu yaradılıb ki, bunlar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər məlumat mənbələrini birləşdirərək həm dövlətin kənd təsərrüfatı idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarverməni dəstəkləyir.

Sistem vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi analitik məlumatlar formalaşdırılır. Məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə təqdim edilir.

Nazir vurğulayıb ki, beləliklə, Azərbaycanda aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 13 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:34
Sabah 13 dərəcə isti olacaq - PROQNOZ
Saməddin Əsədov: Süni intellektin uğurunda insan kapitalı həlledici rol oynayır
Cəmiyyət 12:24
Saməddin Əsədov: Süni intellektin uğurunda insan kapitalı həlledici rol oynayır
Regional bazarlar üçün tətbiqlər istehsal edib satmalıyıq - deputat
Cəmiyyət 12:09
Regional bazarlar üçün tətbiqlər istehsal edib satmalıyıq - deputat
Rasim Əliquliyev: Azərbaycanda rəqəmsal dövlət müəssisələrinin yaradılması vacibdir
Cəmiyyət 12:03
Rasim Əliquliyev: Azərbaycanda rəqəmsal dövlət müəssisələrinin yaradılması vacibdir

Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizədimtahan verəcək
Cəmiyyət 11:46
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizədimtahan verəcək
İrandan indiyədək Azərbaycan sərhədi ilə 2168 nəfər təxliyə edilib
Cəmiyyət 11:32
İrandan indiyədək Azərbaycan sərhədi ilə 2168 nəfər təxliyə edilib
2026-cı ilin birinci yarısında 21 süni intellekt ssenarisi istifadəyə veriləcək - Nazirlik
Cəmiyyət 11:15
2026-cı ilin birinci yarısında 21 süni intellekt ssenarisi istifadəyə veriləcək - Nazirlik
Aqrar süni intellekt layihəsi fermerlərin qərarverməsini asanlaşdıracaq – nazir
Cəmiyyət 11:10
Aqrar süni intellekt layihəsi fermerlərin qərarverməsini asanlaşdıracaq – nazir
Bakıda bu marşrutun avtobusları yenilənib
Cəmiyyət 11:02
Bakıda bu marşrutun avtobusları yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol