BƏƏ sahilində konteyner gəmisi mərmi ilə vurulub

BƏƏ sahil suları yaxınlığında naməlum gəmi mərmi zərbəsi nəticəsində zədələnib. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi məlumat yayıb.
Məlumata görə, BƏƏ-nin Ras əl-Xayma şəhərindən şimal-qərbdə 25 dəniz mili məsafədə konteyner gəmisi mərmi zərbəsi nəticəsində zədələnib.
Hörmüz boğazında hücuma məruz qalmış konteyner gəmisi yardım istəyib, ekipaj gəmini tərk edib.
Məlumata görə, bütün ekipaj üzvləri təhlükəsizlikdədir və onların mövqeyi müəyyən edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















