• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il1445 körpə37-ci həftədə doğulub

Ötən il1445 körpə37-ci həftədə doğulub
11.03.2026 10:37

2025-ci il Azərbaycanda 1 445 azçəkili (prematur) körpə doğulub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat yayıb. 

Agentlik bildirir ki, vaxtından əvvəl doğulmuş körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına təmin olunur.

2025-ci ildə doğulan azçəkili körpələr xüsusi tibbi nəzarət altında saxlanılıb, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2 538 yenidoğulmuş isə oksigen, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə alıb. Ümumilikdə yenidoğulmuşlara 109 mindən çox tibbi xidmət göstərilib.

Vaxtından əvvəl doğulan uşaqlar hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn körpələrdir və çox vaxt az çəki ilə doğulurlar.

Erkən və azçəkili doğulan körpələrdə tənəffüs problemləri, intrakranial qanaxmalar, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar baş verə bilər. Uzunmüddətli dövrdə isə nitq inkişafında gecikmələr, görmə və eşitmə problemləri, xroniki ağciyər xəstəlikləri müşahidə oluna bilər.

Agentlik vurğulayır ki, adekvat neonatal qulluq, düzgün qidalanma, infeksiyaların profilaktikası və erkən reabilitasiya bu riskləri əhəmiyyətli dərəcədə azalda bilər.

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol