• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
20.06.2026 18:56

İtaliyanın İrandakı səfirliyi fəaliyyətini Tehranda bərpa edib.Bu barədə ISNA xəbər verir.

Bildirilir ki, İtaliya Respublikasının Tehrandakı diplomatik nümayəndəliyi iyunun 19-dan etibarən yenidən fəaliyyətə başlayıb. 

Səfirlik bir müddət əvvəl regionda yaranan təhlükəsizlik vəziyyəti səbəbindən müvəqqəti olaraq bağlanmış və diplomatik missiya Bakıya köçürülmüşdü. İtaliya XİN-in məlumatına görə, qərar İtaliyanın İrandakı diplomat və əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qəbul edilmişdi. 

Daha əvvəl Roma hökuməti səfirliyin müvəqqəti bağlanması və əməkdaşların Azərbaycana təxliyə edilməsi barədə qərar vermişdi. Diplomatik fəaliyyət isə həmin müddətdə Bakıdan həyata keçirilirdi. 

İtaliyanın xarici işlər naziri Antonio Tayani parlamentdə bildirib ki, Tehrandakı səfirlik regionda vəziyyətin sabitləşməsindən və İran–ABŞ arasında əldə olunan razılaşmalardan sonra yenidən açılır. 

Son həftələrdə bir sıra Avropa ölkələri də təhlükəsizlik vəziyyəti ilə əlaqədar İrandakı diplomatik fəaliyyətlərini mərhələli şəkildə bərpa etməyə başlayıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol